Əsas Səhifə > Hadisə > Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək

Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək


18-10-2018, 23:56
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək

Avropa İttifaqı yaxın gələcəkdə ABŞ-ın sanksiyalarından yan keçməklə, İran neftini almağa və bu ölkə ilə qanuni işbirliyi qurmağa imkan verən mexanizm hazırlamaq niyyətindədir.

Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini bildirib.

O qeyd edib ki, perspektivdə həmin mexanizmə İranın ənənəvi tərəfdaşı olan ölkələr, o cümlədən Asiya dövlətləri qoşula bilər.

Xatırladaq ki, avqust ayında Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyalarını öz ərazisində qeyri-qanuni adlandırıb, dövlət qurumlarına və şirkətlərə onlara əməl etməyi qadağan edib.

Rubrika.Az
Geri qayıt