Əsas Səhifə > Hadisə > Əfqanıstanda seçki məntəqəsində partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb - YENİLƏNİB

Əfqanıstanda seçki məntəqəsində partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb - YENİLƏNİB


20-10-2018, 13:28
Əfqanıstanda seçki məntəqəsində partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb - YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb.

Rubrika.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Emergency" qeyri-hökümət təşkilatından məlumat verilib.

"Mərkəzimizə indiyədək 30 xəstə daxil olub. Onlar arasında bir uşaq var ki, mərkəzə çatdırılanadək yolda dünyasını dəyişib", - təşkilatın "Twitter" səhifəsində qeyd olunub.

*** 12:00

Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqələrində bir neçə partlayış baş verib.

"İnsidentin digər təfərrüatı hələlik açıqlanmır.

Qeyd edək ki, bu gün Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir.

Rubrika.Az
Geri qayıt