Əsas Səhifə > Hadisə > Şəmkirdə ağır yol qəzası baş verib
Şəmkirdə ağır yol qəzası baş verib20-10-2018, 16:17 |
![]() Şəmkir rayonunun yol qəzası baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-2106" və "Lada Priora" markalı minik avtomobilləri toqquşub. Nəticədə Şəmkir rayonunun Zəyəm kənd sakini, 1931-ci il təvəllüdlü Hacı Musayev və Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Gülnar Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, H.Musayevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. (Report) Rubrika.Az Geri qayıt |