Əsas Səhifə > Hadisə > Ölkədə liftlərin 90 faizinin lisenziya müddəti başa çatıb, bu səbəbdən...

Ölkədə liftlərin 90 faizinin lisenziya müddəti başa çatıb, bu səbəbdən...


22-10-2018, 13:20
Ölkədə liftlərin 90 faizinin lisenziya müddəti başa çatıb, bu səbəbdən...

İranda liftlərin 90 faizi birillik lisenziyaların müddətinin başa çatdığına görə qeyri-standart hesab olunur.

Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Lift və Eskalator Sənayesi Sindikatının rəhbəri Abbas Əbrişəmi deyib.

Onun sözlərinə görə, İranda liftlərin standartlaşdırılması icbari olmalıdır. Belə ki, liftlərə icbari standartlaşma lisenziyası verilməlidir.

A.Əbrişəmi hazırda ölkədə 700 mindən çox liftin işlədiyini və 450 min liftə minimum bir dəfə baxış keçirildiyini bildirib: “Onların standartlaşdırma lisenziyasının bir ildən artıq müddəti yoxdur və yoxlamadan keçirilərək yenidən lisenziya alınmalıdır”.

Rubrika.Az
Geri qayıt