Əsas Səhifə > Bölgə > İlham Əliyev İmişlidə - YENİLƏNİB + FOTO
İlham Əliyev İmişlidə - YENİLƏNİB + FOTO22-10-2018, 13:34 |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişlidə Bayraq Muzeyinin açılışında iştirak edib. Rubrika.az Oxu.Az-a istinadla xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış olub. 13:16 Oktyabrın 22-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub. 12:24 Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Mərasimdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə prezident İlham Əliyevə layihə çərçivəsində görülən işlər və qarşıda duran planlar barədə məlumat veriblər. Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basıb. Sonda xatirə şəkli çəkdirilib. Rubrika.Az Geri qayıt |