Əsas Səhifə > Hadisə > İldə bir gün Ayın sehrində - VİDEO

İldə bir gün Ayın sehrində - VİDEO


22-10-2018, 20:04
İldə bir gün Ayın sehrində - VİDEO

Beynəlxalq Ay Müşahidəsi Günü çərçivəsində AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında açıq qapı günü təşkil olunub.

Rubrika.Az xeber verir ki, Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu günlə əlaqədar rəsədxanaya gələn turistlər elmi mərkəzlə tanış olublar.

Qonaqlar rəsədxanadakı Astoronomik muzeylə tanış olub, buradakı eksponatlar haqqında məlumat alıblar.

Saat 07:00-dən etibarən Ayın teleskopla müşahidəsi təşkil olunub. Ortaya çıxan görüntü müşahidəçilərə əsrarəngiz dəqiqələr yaşadıb. Müşahidələr zamanı ayın Yerdən görünən hissəsi, Aydakı çökəkliklər və müxtəlif ləkələri izləmək mümkün olub.

ŞAR-ın elmi işçisi Müşfiq Hüseynov deyib ki, 2010-cu ildən etibarən hər il bütün dünyada Beynəlxalq Ay Müşahidəsi Günü qeyd olunur:

“Məqsəd hər ilin bu günü insanların Ayı müşahidə etməsinə imkan yaratmaq və Astronomiya elminə marağı artırmaqdır”.



Rubrika.Az
Geri qayıt