Əsas Səhifə > Hadisə > Yevlaxda avtomobil 15 yaşlı gənci vurub
Yevlaxda avtomobil 15 yaşlı gənci vurub22-10-2018, 23:28 |
![]() Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.Az "Report"un Qərb bürosu-na istinaden məlumatına görə, hadisə Nizami küçəsində qeydə alınıb. Ağdam rayonundan məcburi köçkün olan, 1991-ci il təvəllüdlü Nizami Şirinov idarə etdiyi "VAZ-21023" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Yevlax şəhər sakini, 2003-cü il təvəllüdlü Cəlal Qasımovu vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. C.Qasımovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |