Əsas Səhifə > Hadisə > Bakının bir hissəsində su olmayacaq

Bakının bir hissəsində su olmayacaq


23-10-2018, 18:25
Bakının bir hissəsində su olmayacaq

Bakının bəzi rayonlarında içməli suyun verilməsi məhdudlaşdırılacaq.

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar oktyabrın 24-də səhər saatlarına qədər Bakı şəhəri Səbail rayonu Bibiheybət və Şıxov qəsəbələrinə, 20-ci sahə və Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Rubrika.Az
Geri qayıt