Əsas Səhifə > Hadisə > Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib23-10-2018, 20:07 |
|
Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov oktyabrın 23-də Tel-Əviv şəhərində İsrailin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb. Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Rubrika.Az Geri qayıt |