Əsas Səhifə > Hadisə > Ucarda yolu keçən piyadanı avtomobil vuraraq öldürüb
Ucarda yolu keçən piyadanı avtomobil vuraraq öldürüb23-10-2018, 22:55 |
![]() Ucar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat baş verib. "Report"un Şirvan bürosunun məlumatına görə, Heydər Əliyev prospektində yolu keçmək istəyən 64 yaşlı Xuraman İsmayılovanı hərəkətdə olan minik maşını vurub. Qəzadan sonra sürücü yaralını dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Bundan əvvəl Ucarda avtomobilin dirəyə çırpılması nəticəsində 2 nəfər ölüb. Rubrika.Az Geri qayıt |