Əsas Səhifə > Hadisə > "Qanuni oğru"nun qardaşına və digər şəxslərə hökm oxundu
"Qanuni oğru"nun qardaşına və digər şəxslərə hökm oxundu24-10-2018, 15:35 |
![]() Kriminal aləmdə "Rafət Əlibayramlinski" kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşı Rüfət Əmirov və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, Həbs edilən digər şəxslər Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovdur. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baxılan məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Kamil Əmirov 7 il, Rüfət Əmirov 1 il 6 ay, Rüfət Kərimov 7 il, Elvin Hüseynov 8 il, İsmayıl İbrahimov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən Rüfət Əmirova Cinayət Məcəlləsinin 144-cü (adam oğurlu) maddəsi ilə baraət verilib. Ona yalnız xuliqanlıq əməlinə görə cəza verilib Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib. R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışdadır. Daha sonra onun barəsində aparılan istintaq dövründə onunla cinayət iştirak etməkdə şübhəli bilinən Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimov saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham verilib. Rubrika.Az Geri qayıt |