Əsas Səhifə > Hadisə > Paşinyana heç kim səs vermədi

Paşinyana heç kim səs vermədi


24-10-2018, 18:07
Paşinyana heç kim səs vermədi

Ermənistan Milli Məclisi bu gün keçirilən xüsusi iclasında yeganə namizəd olan Nikol Paşinyanı baş nazir seçməyib. Onun lehinə heç kim səs verməyib, əleyhinə isə bir deputat səs verib, 11 deputat bitərəf qalıb. Seçim üçün 53 deputatın səs verməsi lazım idi.

Rubrika.Az xeber verir ki, Oxu.Az bununla bağlı Ermənistan KİV-ə istinadən məlumat yayıb.

Paşinyan oktyabrın 16-da səs verərək, özünün əsas məqsədinin dekabrda növbədənkənar seçkilərin keçirilməsinin olduğunu deyib. Konstitusiyaya əsasən, parlament iki dəfə baş nazir seçməsə, buraxılacaq. Sonuncu cəhd bir neçə həftə sonra baş tutacaq.


Rubrika.Az
Geri qayıt