Əsas Səhifə > Hadisə > Avropada plastik qablar qadağan edildi
Avropada plastik qablar qadağan edildi24-10-2018, 18:53 |
|
Avropa Parlamenti plastik qab və digər birdəfəlik əşyalardan istifadəyə tam qadağa qoyub. Bu qadağa bütün Avropa İttifaqı ərazisində tətbiq ediləcək. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, “BBC News” yeni qərarın 2021-ci ildən qüvvəyə minəcəyini yazır. Qadağa dünya okeanının kəskin çirklənməsi ilə bağlıdır. Parlament üzvlərindən biri çıxışında bildirib ki, əgər tədbir görülməsə, 2050-ci ilə qədər okeanda balıqdan çox plastik olacaq. Qeyd edilir ki, Avropa sularında hər il 150 min ton plastik aşkar edilir. Bu dünyadakı 8 milyon ton plastikin çox az bir hissəsidir. Dəniz heyvanları bu plastik zibilləri yeyir və ölür. Rubrika.Az Geri qayıt |