Əsas Səhifə > Hadisə > Sumqayıtda uşaq hədələnərək evdən 25 min manat oğurlamağa məcbur edilib

Sumqayıtda uşaq hədələnərək evdən 25 min manat oğurlamağa məcbur edilib


24-10-2018, 19:33
Sumqayıtda uşaq hədələnərək evdən 25 min manat oğurlamağa məcbur edilib

Sumqayıtda 4 nəfər 12 yaşlı uşağı hədələyərək evdən 25 min manatlıq oğurluq etməyə məcbur edib.

Rubrika.Az “Report”a istinaden xəbərinə görə, Sumqayıt şəhər sakini Elsevər Şükürov hüquq-mühafizə orqanlarına müraciət edərək bu il ərzində Orxan, Tural, Zaur və Nicat adlı şəxslərin onun 12 yaşlı oğlu Ə.-yə hədə-qorxu gələrək yeniyetməni evdən oğurluq etməyə vadar etdiklərini və bu səbəbdən oğlunun evdən müxtəlif vaxtlarda ümumilikdə 5000 manat və 20 000 manat dəyərində qızıl-zinət əşyalarını götürərək həmin şəxslərə verdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.


Rubrika.Az
Geri qayıt