Əsas Səhifə > Hadisə > Daşburun əməliyyatında təhlükəli tapıntı - FOTO
Daşburun əməliyyatında təhlükəli tapıntı - FOTO24-10-2018, 23:36 |
|
Beyləqan rayonunun Daşburun qəsəbəsində partlamamış hərbi sursat tapılıb. Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Oxu.Az-a verilən məlumata görə, oktyabrın 23-də ANAMA mütəxəssisləri və DİN-in Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 2 ədəd 122 mm-lik top mərmisi (OF-56) və 24 ədəd boş giliz aşkar olunub. Havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri 2018-ci il 24 oktyabr tarixində də davam etdirilib, nəticədə əlavə olaraq 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 26 ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 2018-ci il 23-24 oktyabr tarixlərində keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3 ədəd partlamamış hərbi sursat və 50 ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Rubrika.Az Geri qayıt |