Əsas Səhifə > Hadisə > Bakıda maşın 2 hərbiçini vurdu
Bakıda maşın 2 hərbiçini vurdu25-10-2018, 12:43 |
![]() Bu gün Xətai rayonu, Nobel prospektində, “Asiman” şadlıq evinin qarşısında maşın iki hərbiçini vurub. Onlardan birinin 20, digərinin 21 yaşı var. Hər iki yaralı təcili yardımla Tibbi Klinik Mərkəzə aparılıb. Rubrika.Az bildirir ki, faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkir təsdiqləyib. Yaralıların vəziyyəti orta-ağırdır. Xəstəxanadan bildiriblər ki, yaralılardan biri Vüqar Mahmudov, digəri Dəniz Qasımovdur. Hər iki şəxsdə sınıq və travmalar var. Rubrika.Az Geri qayıt |