Əsas Səhifə > Hadisə > Azərbaycanın XİN başçısı fransalı merin Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət bildirib
Azərbaycanın XİN başçısı fransalı merin Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət bildirib25-10-2018, 14:55 |
|
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın şəhər meri və bələdiyyə üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfər etmələrinə münasibət bildirib. Rubrika.Az-ın "Report"a istinadən xəbərinə görə, nazir vurğulayıb ki, Fransa Xarici İşlər Nazirliyi qondarma "Dağlıq Qarabağ Respublikası"nı dövlət kimi tanımadıqlarına dair bəyanat verib. O bildirib ki, VI Bakı Humanitar Forumu zamanı Fransanın Azərbaycandakı səfiri Orelia Buşez ilə görüşüb: "Ona da sual verdim və bildirdim ki, əgər kimsə mövcud tapşırıqlardan imtina edirsə, Fransa hökuməti bununla bağlı tədbir görsün. Səfir dedi ki, bu məsələ barədə ölkəsinin XİN-ə məlumat göndərəcək və lazımi cavabı Azərbaycan tərəfinə çatdıracaqlar". Rubrika.Az Geri qayıt |