Əsas Səhifə > Hadisə > Avropa birdəfəlik qab-qacaqdan imtina edir
Avropa birdəfəlik qab-qacaqdan imtina edir25-10-2018, 18:14 |
![]() Avropa Parlamenti Avropa İttifaqında bəzi birdəfəlik plastik məmulatların (əsasən qab-qacaq, qulaq üçün pambıq çöp, kokteyl çubuğu və qarışdırıcısı, hava şarlarının tutacağı) istifadəsinə qadağa tətbiq edib.Rubrika.Az Novator.az-a istinaden məlumatına görə, oktyabrın 24-də keçirilən səsvermədə 571 deputat qadağanın lehinə, 53 deputat əleyhinə çıxıb. Yasaq 2021-ci ildən tətbiq olunacaq. Qanun müəllifləri dənizlərin çirklənməsində plastik məmulatların payının 80% olduğunu əsas gətiriblər. Avropa İttifaqı 2025-ci ilə qədər alternativi olmayan bəzi plastik məmulatların istifadəsini azaltmaq niyyətindədir. Bu tip məmulatlara qida məhsulları (meyvə-tərəvəz, şirniyyat və dondurmalar da daxil olmaqla) üçün istifadə olunan birdəfəlik qutu, qab, konteyner, o cümlədən siqaret filtrlərində istifadə olunan plastik daxildir. 1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan. Böyük Britaniya qurumdan çıxmaq üzrədir. Rubrika.Az Geri qayıt |