Əsas Səhifə > Hadisə > Mübariz Qurbanlı: "Azərbaycanın qazandığı uğurlar Ermənistanın təcavüzkar siyasətinin ifşa olunmasında böyük rol oynayır"

Mübariz Qurbanlı: "Azərbaycanın qazandığı uğurlar Ermənistanın təcavüzkar siyasətinin ifşa olunmasında böyük rol oynayır"


25-10-2018, 18:40
Mübariz Qurbanlı: "Azərbaycanın qazandığı uğurlar Ermənistanın təcavüzkar siyasətinin ifşa olunmasında böyük rol oynayır"

"Azərbaycanın ideoloji baxımdan qazandığı uğurlar Ermənistanın təcavüzkar siyasətinin ifşa olunmasında, Azərbaycanın həyat tərzinin, siyasətinin təcavüzkar dövlətdən qat-qat yüksək olduğunu nümayiş etdirməkdə böyük rol oynayır".

Rubrika.Az "Report"a istinaden xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Azərbaycan humanitar məsələlərin müzakirə məkanına çevrilib: "VI Bakı Humanitar Forumu Azərbaycanın azad ölkə olduğunu, mətbuat azadlığının təmin edildiyini, demokratik dəyərlərin təbliğ olunduğunu nəzərə çatdırır. Hesab edirəm ki, bunlar Azərbaycanın qarşısında dayanan strateji vəzifələrin icrasına çox əhəmiyyətli təsir göstərir".

Rubrika.Az
Geri qayıt