Əsas Səhifə > Hadisə > Gürcüstan: 25 namizədli seçkiyə iki gün qalır

Gürcüstan: 25 namizədli seçkiyə iki gün qalır


26-10-2018, 12:46
Gürcüstan: 25 namizədli seçkiyə iki gün qalır

Novator.az Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkisinə qatılan namizədlərlə bağlı arayışı təqdim edir. Arayışı Sputnik-georgia.ru saytı hazırlayıb.

Dövlət başçısı postuna 25 namizəd iddia edir. Onların 23-ü kişi, 2-si qadındır.

Ən cavan namizədin 38, ən qocaman namizədin 67 yaşı var.

Namizədlərin 8-i partiya işçisi, 3-ü şirkət direktoru, 2-si parlamentin deputatı, 2-si biznesmen, 2-si universitet professoru, 1-i mehmanxana müdiri, 1-i Elmlər Akademiyasının işçisi, 1-i Hərbi Tibbi Akademiyanın rektorudur. 5 namizəd işləmir.

Prezidentlik uğrunda mübarizə aparan şəxslərin 6-sı sabiq deputat, 3-ü keçmiş xarici işlər naziri, 2-si parlamentin sabiq sədridir.

Dövlət başçısı olmaq istəyənlərin 23-ü paytaxt Tbilisidə, 2-si Kutaisi şəhərində yaşayır.

Şanslı namizədlər David Bakradze (Avropa Gürcüstanı – Azadlıq Hərəkatı), Qriqol Vaşadze (Vahid Milli Hərəkat Partiyası), Şalva Natelaşvili (Leyborist Partiyası), David Usupaşvili (Quruculuq Hərəkatı) və Salome Zurabişvilidir (Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının dəstəklədiyi müstəqil namizəd).

Rubrika.az
Geri qayıt