Əsas Səhifə > Hadisə > Fransa iranlı diplomatı ölkədən çıxarıb

Fransa iranlı diplomatı ölkədən çıxarıb


26-10-2018, 19:39
Fransa iranlı diplomatı ölkədən çıxarıb

Fransa Paris yaxınlığında keçirilən konfransda terror təşkili cəhdinə görə İran diplomatını ölkədən çıxarıb.

Rubrika.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, iyunun 30-da keçirilən həmin konfransda, təxminən, 25 min nəfər iştirak edib.

Qeyd edək ki, Fransanın Daxili İşlər, Xarici İşlər və İqtisadiyyat nazirlikləri oktyabrın 2-də iki iranlı diplomatın - Əsədulla Əsədi və Səid Haşemi-Müqəddəmin bank hesablarının dondurulması barədə birgə bəyanatla çıxış ediblər.


Rubrika.Az
Geri qayıt