Əsas Səhifə > Hadisə > Qayıdış əməliyyatı: su kanalından top mərmiləri çıxdı - FOTO
Qayıdış əməliyyatı: su kanalından top mərmiləri çıxdı - FOTO26-10-2018, 23:20 |
|
Füzuli rayonunun 9 saylı Qayıdış qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb. Rubrika.Az xeber verir ki, Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Oxu.Az-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri və DİN-in Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə su kanalına baxış keçirilib, kanalda suyun səviyyəsinin yüksək olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri 2018-ci il 26 oktyabr tarixində davam etdirilib. Agentliyin mütəxəssisləri tərəfindən 6 ədəd 122 mm-lik top mərmisi (2 ədəd OF-56 və 4 ədəd Ş-1) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Top mərmilərinin tapıldığı yerin ətrafında 5 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Rubrika.Az Geri qayıt |