Əsas Səhifə > Bölgə > Bərdədə güclü yağış və külək bir sıra fəsadlar törədib
Bərdədə güclü yağış və külək bir sıra fəsadlar törədib27-10-2018, 15:40 |
![]() Bərdə rayonuna yağan güclü yağış bir sıra fəsadlar törədib. Rubrika.az Report-a istinadla xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə rayon mərkəzinə və bir neçə kəndə güclü yağıntı düşüb, güclü külək əsib. Nəticədə rayon ərazisində fərdi yaşayış evlərinin zirzəmisini və həyatyanı sahələri su basıb. Bundan başqa, əraziyə yağan yağış nəticəsində kənd təsərrüfatına, əkin və meyvə bağlarına ziyan dəyib, rayona elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Rubrika.Az Geri qayıt |