Əsas Səhifə > Dünya > ABŞ-dan Türkiyəyə qarşı DƏHŞƏTLİ PLAN: hər şeyi etiraf etdilər
ABŞ-dan Türkiyəyə qarşı DƏHŞƏTLİ PLAN: hər şeyi etiraf etdilər27-10-2018, 17:48 |
|
ABŞ Suriyanın İdlib vilayətinə terrorçuları göndərməyə başlayıb. Rubrika.Az Publika.az-a istinadən xəbər verir ki, İdlibdə 50 fərqli yerdə keçirilən əməliyyatla 90 İŞİD üzvü tutulub. Məlumata görə, Türkiyə və Rusiyanın təhlükəsiz bölgə elan etdiyi İdlib ABŞ tərəfindən vurulacaq. ABŞ-ın bunun üçün İŞİD və “Əl-Qaidə” terror təşkilatlarını bəhanə edəcəyini ifadə edən Azad Suriya Ordusunun (ASO) komandiri Riyad Əsədin sözlərinə görə, hədəf sülh prosesini pozmaqdır. İŞİD terrorçularının fərqli yollarla Deyr-ez-Zordan İdlib daşındığını ifadə edən Riyad Əsəd qeyd edib ki, Türkiyə və Rusiya arasında əldə olunan İdlib razılaşması ABŞ-ın planlarını pozub. “Şərtləri öz lehinə dəyişdirmək üçün bölgəyə terrorçuları daşıyırlar. Son 4 ayda İdlibə sızan İŞİD-lilərin sayı 250-ni ötüb”, - o bildirib. Ələ keçirilən terrorçular İdlibi vilayət elan etməyə hazırlaşdığını etiraf ediblər. Rubrika.Az Geri qayıt |