Əsas Səhifə > Hadisə > Ermənistan ABŞ silahlarını almaq istəyir
Ermənistan ABŞ silahlarını almaq istəyir27-10-2018, 18:35 |
|
Vaşinqton tərəfindən sərfəli təklif gəlsə, Ermənistan Amerika silahlarının alınmasını müzakirə edə bilər. Rubrika.Az Oxu.Az -a istinadla xəbər verir ki, bu fikirləri Ermənistan baş nazirinin vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan deyib. “Hakimiyyət heç nə ilə məhdudlaşmayıb. Əgər sərfəli təklif olsa, biz müzakirə edəcəyik”, - o bildirib. Xatırladaq ki, bir neçə gün əvvəl bu ölkəyə səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevanda erməni hökumətinə Rusiya silahları əvəzinə Amerika silahlarını almağı təklif edib. Rubrika.Az Geri qayıt |