Əsas Səhifə > Hadisə > Səudiyyə Ərəbistanı Qaşıqçının cinayətində şübhəli bilinənləri Türkiyəyə verməyəcək...
Səudiyyə Ərəbistanı Qaşıqçının cinayətində şübhəli bilinənləri Türkiyəyə verməyəcək...27-10-2018, 18:45 |
![]() Səudiyyə Ərəbistanın Xarici İşlər naziri Adil əl Cubeyr jurnalist Camal Qaşıqçının cinayətində şübhəli olaraq tutulan şəxslərin öz ölkələrində dindiriləcəyini bildirib. Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, bu sözləri Adil əl Cubeyr Bəhreyndə təşkil olunan konfransda dilə gətirib. Belə ki, Adil əl Cubeyr "tutulan şübhəlilərin Türkiyəyə verilməsi məsələsinə gəlsək, bu şəxslər Səudiyyə Ərəbistanı vətəndaşıdır. Bu ərazidə tutulublar, ona görə də burada da dindirilib lazımi cəzalarını alacaqlar" – deyə bildirib. Dünən Türkiyə tərəfi Qaşıqçı cinayətində şübhəli olaraq saxlanılan 18 şəxsin Səudiyyə tərəfindən Türkiyəyə qaytarılması tələbini irəli sürmüşdü. Ölkə başçısı Ərdoğan dünənki çıxışında Səudiyyə Ərəbistanı tərəfindən tutulan 18 nəfərin dindirilə bilmdiyi təqdirdə onları Türkiyəyə qaytarmağın vacibliyini vurğulayıb. Ərdoğan çıxışı zamanı "şübhəli bilinən 18 nəfər saxlanılıb, inanıram ki, bu 18 nəfərdən biri Qaşıqçı cinayətində əli olan adamın kimliyindən xəbərdardır. Əgər danışdıra bilmirsinizsə, hadisə İstanbulda baş verib. Verin onları bizə biz mühakimə edək" - deyə bildirib. Qeyd edək ki, Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçı evlənməsi üçün lazımlı sənədləri ala bilsin deyə oktyabrın 2-də Türkiyəyə gəlib və bundan sonra 2 həftədən çox ondan xəbər alınmayıb. Rubrika.Az Geri qayıt |