Əsas Səhifə > Hadisə > Qusarda evdən yanmış kişi meyiti tapıldı
Qusarda evdən yanmış kişi meyiti tapıldı27-10-2018, 20:16 |
![]() Qusar rayonunun Qayakənd kəndində evdən yanmış kişi meyiti tapılıb. Rubrika.Az "Report"a istinaden məlumatına görə, 1964-cü il təvəllüdlü Bəhram Mahmudovun yanmış meyiti Qayakənd kəndində yaşadığı evində aşkarlanıb. Onun bir neçə gün əvvəl yanaraq öldüyü ehtimal edilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Meyit tibbi ekspertizadan keçirilib. Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. Rubrika.Az Geri qayıt |