Əsas Səhifə > Hadisə > Mərakeşdə gəmi qəzası: 20 nəfər itkin düşüb

Mərakeşdə gəmi qəzası: 20 nəfər itkin düşüb


27-10-2018, 23:28
Mərakeşdə gəmi qəzası: 20 nəfər itkin düşüb

İçərisində 24 mərakeşli miqrantın olduğu İspaniyaya üzən kiçik gəmi Nador (Mərakeşin şimal-şərqi) yaxınlığındakı sularda batıb.

Rubrika.Az Unikal.org-a istinaden xəbər verir ki, cəmi 4 adam xilas edilib. Regionun balıqçılıq sektorundan olan bəzi mənbələrin bildirdiyinə görə, hava ilə doldurulan qayıqların batmasından sonra sağ qalan 4 nəfəri bu rayonda balıq ovu ilə məşğul olan iki balıqçı gəmisi xilas edib.

İspaniyanın Kral Donanması bu həftə ərzində Alboran dənizi, körfəz və Atlantika sularında 500-dən artıq insanı ölümdən qurtarıb.


Rubrika.Az
Geri qayıt