Əsas Səhifə > Hadisə > Bakıda restoranda baş verən silahlı insidentə görə həbs edilən şəxslər kassasiya şikayəti veriblər

Bakıda restoranda baş verən silahlı insidentə görə həbs edilən şəxslər kassasiya şikayəti veriblər


29-10-2018, 10:48
Bakıda restoranda baş verən silahlı insidentə görə həbs edilən şəxslər kassasiya şikayəti veriblər

Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Fuad Əsgərov və digərləri barələrində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

Rubrika.Az-ın "Report"a istibadla xəbərinə görə, Ali Məhkəməyə müraciət edən şəxslər cəzalarının yüngülləşdirilməsini istəyirlər.

Ali Məhkəmədə keçiriləcək iclas oktyabrın 31-nə təyin edilib.

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qaramizədə 7 il, Samir Allahyarov 10 il, Fuad Əsgərov 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, təqsirləndirilən Samir Allahyarovun cəzası 10 ildən 15 ilədək, Fuad Əsgərovun cəzası 8 ildən 10 ilədək və Süleyman Abdullayevin cəzası 4 ildən 7 ilədək artırılıb.

Digər təqsirləndirilən Hüseyn Hüseynovun 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib.

Rubrika.Az
Geri qayıt