Əsas Səhifə > Hadisə > Bakıda məktəb şagirdi qaçırıldı
Bakıda məktəb şagirdi qaçırıldı29-10-2018, 19:29 |
|
Bakıda orta məktəb şagirdi qaçırılıb. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bu barədə “Sputnik-Azərbaycan”a Qaradağ rayonunun Polis İdarəsindən məlumat veriblər. Bildirilir ki, hadisə oktyabrın 28-də saat 18.00-da Sahil qəsəbəsində baş verib. Qaçırılan qızın - 2003-cü il təvəllüdlü Mikayılova Xatun Kamran qızının anası, 1980-ci il təvəllüdlü Samirə Əliyeva Qaradağ rayonunun 38-ci Polis bölməsinə müraciət edərək bildirib ki, qızı ailə qurmaq məqsədilə qaçırılıb. Onun sözlərinə görə, bunu qəsəbə sakini, 1998-ci il təvəllüdlü Teymur İsgəndərov edib. Hazırda polis qaçırılan qızın və onu qaçıran oğlanın axtarışını davam etdirir. Rubrika.Az Geri qayıt |