Əsas Səhifə > Hadisə > Dünya bazarında neftin qiyməti aşağı düşüb
Dünya bazarında neftin qiyməti aşağı düşüb29-10-2018, 22:25 |
![]() Dünya bazarında neftin qiyməti aşağı düşüb. Rubrika.Az “Report”a istinaden xəbər verir ki, ICE Futures birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının dekabr fyuçerslərinin qiyməti 0,55 dollar, yaxud 0,71% azalaraq 77,07 dollar/barel təşkil edib. Nyu-York birjasındakı hərracda WTI markalı yüngül neftin dekabr fyuçerslərinin qiyməti isə 0,68 dollar və ya 1,01% azalaraq 66,91 dollar/barel olub. Qeyd edək ki, "Brent" markalı xam neftin 1 barelinin dəyəri son bir ay ərzində artaraq 86 dolları ötmüşdü. Bu isə bu markalı neftin qiymətində 2014-cü ilin oktyabr ayından bəri ən yüksək göstərici olub. Rubrika.Az Geri qayıt |