Əsas Səhifə > Hadisə > Namiq Qaraçuxurlu: “Roza gündəmə gəlmək üçün adımı çəkir”
Namiq Qaraçuxurlu: “Roza gündəmə gəlmək üçün adımı çəkir”29-10-2018, 23:23 |
![]() Meyxanaçı Namiq Qaraçuxurlu Roza Zərgərlinin haqqında səsləndirdiyi iddialara münasibət bildirib. Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, meyxanaçı “ATV maqazin onlarla” verilişində deyib ki, Roza ondan gündəmə gəlmək üçün istifadə etmək istəyir: “O cümləni qura bilmərəm ki, mən gəlirəmsə, başqa meyxanaçı gəlməsin. Lap tutaq ki, şərt qoymuşam, bunu şişirtmək düz çıxmır, düz gəlmir. Birdən-birə Roza Zərgərli "Nizamipərəst" oldu. Gündəm bu qədərmi müqəddəs şeydir ki, rahat-rahat münasibətləri pozmaq, hər şeyi tapdalamaq olar ki, bizi göstərsinlər, bizdən danışsınlar? Roza xanım da gözəl bilir ki, bunu gündəmə gəlmək üçün edib. Tamaşaçıların da rəylərindən göründü ki, birmənalı şəkildə bunu nə üçün etdiyini başa düşüblər. Yəni mən şərt qoymamışam ki, bu olsa, gələrəm. Demişəm, gəlmirəm. Səbəb soruşub. Demişəm ki, filan aparıcılar verilişinə çıxmağımı xahiş edib, imtina etmişəm. Sizin verilişə gəlsəm, inciyəcəklər. Roza bundan sonra mənə deyir ki, iki gündür səninlə danışmaq istəyirəm, danışa bilmirəm. İki gün öncə danışa bilsəydim, digərlərini yox, tək səni çağırardım. Deməli, iki gün öncə danışsaq, mən qoysam ki, tək gəlirəm, razılaşacaqdı. Sizin verilişə çıxıb deyir ki, şərtlə işləmirəm. Məhz o verilişə gəlməməyimin səbəbi o idi ki, bundan öncə də Nizami Rəmzi adı çəkəndə demişdim, belə bir veriliş hazırlansın, mən orda danışım. Çünki danışılası çox sözlər var. Sadəcə başqalarına imtina etmişdim, ora getməyim doğru olmazdı. Səbəb bu idi. Yenə də deyirəm bu yalnız onun özünə xidmət edir. Amma münasibətə xələl gətirməyə dəyməzdi”. Qeyd edək ki, Roza Zərgərli Namiqin onun verilişinə tək çıxmaq istədiyini açıqlamışdı. Rubrika.Az Geri qayıt |