Əsas Səhifə > Hadisə > Kadırov: Bura qadınların yeri deyil

Kadırov: Bura qadınların yeri deyil


29-10-2018, 23:32
Kadırov: Bura qadınların yeri deyil

Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov qadınların qanunverici və icra hakimiyyəti orqanlarında təmsil olunmasının əleyhinə çıxış edib.

Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, mətbuat konfransı zamanı TASS müxbirinin Çeçenistan hökuməti və parlamentində qadınların təmsil olunmamasının səbəbləri haqqında sualına cavab verən Kadırov məsələyə müsbət baxmadığına işarə edib.

O, Çeçenistan parlamentinin sədrinə zarafatla “Sizə həmkar lazim deyilmi?” verdiyi suala cavabında “Elə məsələlər var ki, qadınlar onları bilməməlidir” eşidib.

Kadırov qeyd edib ki, çeçen siyasətçilərinə kişi kollektivində işləmək daha asandır. O bildirib ki, əvvələr Çeçenistan hökumətində iki qadın təmsil olunub.

“Görünür bacarmadılar”, - deyə Kadırov vurğulayıb.


Rubrika.Az
Geri qayıt