Əsas Səhifə > Hadisə > Azərbaycanda su kanalının yaxınlığında raket aşkarlandı - FOTO
Azərbaycanda su kanalının yaxınlığında raket aşkarlandı - FOTO29-10-2018, 23:53 |
|
Xocavənd rayonunun 500 ailəlik qəsəbə ərazisində partlamamış hərbi sursat tapılıb. Rubrika.Az xeber verir ki, Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Oxu.Az-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri və DİN-in Xocavənd rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə su kanalının yaxınlığına baxış keçirilib. Aparılan operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən iki ədəd PQ-7S raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Raketlərin tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Rubrika.Az Geri qayıt |