Əsas Səhifə > Hadisə > Qəddafinin hesabından milyardlarla avro yoxa çıxdı

Qəddafinin hesabından milyardlarla avro yoxa çıxdı


30-10-2018, 12:07
Qəddafinin hesabından milyardlarla avro yoxa çıxdı

Belçika banklarından öldürülən Liviya lideri Müəmmar Qəddafinin hesabından külli miqdarda pul yoxa çıxıb.

Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı RTBF telekanalı məlumat yayıb.

Qəddafinin hesabı 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qərarı ilə dondurulub. “BNP Paribas Fortis”, ING, KBC, “Euroclear Bank” banklarından ümumilikdə 14 milyard avrodan çox pul yoxa çıxıb.

Məlumatlara görə, son 8 ildə naməlum şəxslər tərəfindən bu hesaba 3-5 milyard avro pul köçürülüb. Ehtimal edilir ki, pullar Liviyadakı qruplaşmanın hesabına köçülürüb. Araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt