Əsas Səhifə > Hadisə > Bu gün Bakıda 21 dərəcə isti olacaq
Bu gün Bakıda 21 dərəcə isti olacaq30-10-2018, 12:25 |
|
Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 30-u gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 18-21 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu 18-23, dağlarda 13-15 dərəcə isti təşkil edəcək. Rubrika.Az Geri qayıt |