Əsas Səhifə > Hadisə > Bakının mərkəzində restoran yandı
Bakının mərkəzində restoran yandı30-10-2018, 20:15 |
|
Səbail rayonunda ticarət mərkəzi kimi fəaliyyət göstərən ikimərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildiriblər ki, yanğın binanın zirzəmisində ümumi sahəsi 150 kvadratmetr olan restoranda qeydə alınıb. Hadisə nəticəsində restoranın 30 kvadratmetri yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Rubrika.Az Geri qayıt |