Əsas Səhifə > Hadisə > Bakıda ər arvadını boğaraq öldürüb
Bakıda ər arvadını boğaraq öldürüb31-10-2018, 10:42 |
|
Bakıda qətl törədilib. Rubrika.Az-ın “Report”a istinadən məlumatına görə, hadisə ötən gecə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi ev 2A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, Yardımlı rayon sakini, 1961-ci il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb. Hadisəni törədən M.Əliyev tutulub. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Rubrika.Az Geri qayıt |