Əsas Səhifə > Hadisə > Bakı funikulyoru sabahdan fəaliyyətə başlayacaq
Bakı funikulyoru sabahdan fəaliyyətə başlayacaq31-10-2018, 21:22 |
![]() Bakı funikulyorunda aparılan təmir işləri başa çatıb. Rubrika.Az “Report”a istinadən xəbər verir ki, funikulyor uzun müddətli təmirdən sonra sabah – noyabrın 1-də istifadəyə veriləcək. Qeyd edək ki, Bakı funikulyoru SSRİ dövlət mükafatı laureatı, əməkdar mühəndis Əliş Ləmbəranskinin (1914-1999) təşəbbüsü ilə tikilərək 1960-cı il mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı funikulyorunun vaqonları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxta gətirilib. Bakı funikulyoru indiyədək iki dəfə - 2001-ci və 2007-ci illərdə əsaslı təmir edilib. Rubrika.Az Geri qayıt |