Əsas Səhifə > Hadisə > Dağıstanla Azərbaycanı müntəzəm dəmir yolu birləşdirəcək

Dağıstanla Azərbaycanı müntəzəm dəmir yolu birləşdirəcək


31-10-2018, 22:47
Dağıstanla Azərbaycanı müntəzəm dəmir yolu birləşdirəcək

Dağıstanla Azərbaycan arasında müntəzəm dəmir yolu xətti fəaliyyətə başlayacaq.

Rubrika.Az Trend-e istinaden məlumatına görə, bu barədə Dağıstan rəhbəri Vladimir Vasilyev deyib:

"Bizim böyük nəqliyyat imkanlarımız var. Bakı ilə daimi dəmir yolu əlaqəsi quracağıq. Bu layihənin xalqın mənafeyinə çalışması üçün heç bir maneə görmürəm. Və bu bizim iqtisadiyyatımızı da inkişaf etdirəcək".


2018-ci ilin aprel ayının əvvəlində Dağıstan və Rusiya Dəmir Yolu rəsmiləri Mahaçqala-Bakı marşrutu üzrə yeni dəmir yolu xətti layihəsini nəzərdən keçiriblər.

Hazırda Moskva-Bakı, Rostov-Bakı və Xarkov-Bakı istiqamətləri üzrə qatarlar Mahaçqaladan keçməklə hərəkət edir.


Rubrika.Az
Geri qayıt