Əsas Səhifə > Hadisə > Duz sinir sistemini çökdürə bilər

Duz sinir sistemini çökdürə bilər


1-11-2018, 18:53
Duz sinir sistemini çökdürə bilər

Xörək duzundan çox istifadə dağınıq skleroz xəstəliyinin yaranması riskini artıra bilər.Rubrika.Az Novator.az-a istinaden məlumatına görə, ABŞ-ın Yel Universitetinin alimləri bu qənaətdədir.

Dağınıq skleroz mərkəzi və periferik sinir sisteminin pozulması ilə müşayiət olunan xroniki xəstəlikdir, insanın ömrünü 5-10 il azaldır. Xəstəliyin tam müalicəsi yoxdur, amma həkimlərin son tədqiqatı dağınıq sklerozu cilovlamağa ümidlər yaradır. Yel Universitetinin alimləri hüceyrələrdə artıq miqdarda duzun “Wnt” siqnal yolunu fəallaşdırdığını bildirirlər. Bu fəallaşmanın tənzimləyici T hüceyrələrinin pozulmasına səbəb olduğu, mərkəzi sinir sistemi üçün təhlükəli iltihablı proseslərə gətirib çıxardığı vurğulanır.


Rubrika.Az
Geri qayıt