Əsas Səhifə > Təhsil > “Təhsil müəssisəsində “Halloween” bayramının keçirilməsi yolverilməzdir”

“Təhsil müəssisəsində “Halloween” bayramının keçirilməsi yolverilməzdir”


2-11-2018, 13:29
“Təhsil müəssisəsində “Halloween” bayramının keçirilməsi yolverilməzdir”

Uşaq bağçasında və məktəbdə “Halloween” bayramının keçirilməsi yolverilməzdir.

Rubrika.Az bildirir ki, bunu bizimyol.info-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib.

O qeyd edib ki, milli xüsusiyyətə yad olan bayramlar təhsil müəssisələrində təbliğ olunmamalıdır: “Uşaq bağçasında, orta məktəbdə “Halloween” adlanan balqabaq bayramının təbliği yolverilməzdir. Təhsil müəssisələrində proflaktik işlərin aparılması məqsəduyğundur. Dərsdən kənar vaxtlarda milli xüsusiyyətimizə yad olan bayramlardan və vərdişlərdən uzaq olmalıyıq”.

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, bağçada və məktəblərdə rəsm, bədi qiraət, musiqi yarışları keçirilməsinə ehtiyac var.

Rubrika.Az
Geri qayıt