Əsas Səhifə > Mədəniyyət > Azərbaycanın dövlət sərhədini pozaraq İrana getmək istəyən Banqladeş vətəndaşları saxlanılıb
Azərbaycanın dövlət sərhədini pozaraq İrana getmək istəyən Banqladeş vətəndaşları saxlanılıb3-11-2018, 10:17 |
|
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi məqsədilə qeyri-leqal miqrasiyaya qarşı mühafizə tədbirləri davam etdirilir. DSX-nin Mətbuat mərkəzindən verilən məlumata görə, oktyabrın 31-i saat 19:15 radələrində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Banqladeş vətəndaşları - 1991-ci il təvəllüdlü Hossain MD Kamran, 1982-ci il təvəllüdlü Mollah Salım, 1988-ci il təvəllüdlü Hovlader Abdul Ali, həmçinin niyyətləri İrandan Türkiyəyə getmək olan sərhəd pozucularına dövlət sərhədini keçməyə vasitəçilik edən Biləsuvar rayonu Əskərabad kənd sakini, 1966-cı il təvəllüdlü Hüseynov Rasət Qəhrəman oğlu DSX əməkdaşları tərəfindən saxlanılıb. R.Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək hadisədən bir neçə gün öncə Banqladeş vətəndaşlarını yaxın qohumunun işlədiyi Biləsuvar rayonu ərazisindəki otellərin birində yerləşdirərək müəyyən məbləğ qarşısında əcnəbi vətəndaşları qeyri-qanuni yolla İran ərazisinə keçirməyə cəhd etməsini qeyd edib. Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. Rubrika.Az Geri qayıt |