Əsas Səhifə > Hadisə > Bakıda kafe yanıb, üç nəfər tüstüdən boğularaq ölüb
Bakıda kafe yanıb, üç nəfər tüstüdən boğularaq ölüb3-11-2018, 10:19 |
|
Bakıda üç nəfərin ölümü ilə nəticələnən yanğın olub. Rubrika.Az bildirir ki, FHN-dən verilən məlumata görə, Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 m² olan kafenin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Rubrika.Az Geri qayıt |