Əsas Səhifə > Hadisə > Sumqayıtda azyaşlı faciəvi şəkildə ölüb

Sumqayıtda azyaşlı faciəvi şəkildə ölüb


3-11-2018, 16:19
Sumqayıtda azyaşlı faciəvi şəkildə ölüb

Sumqayıt şəhərində 7 yaşlı qız binanın dördüncü mərtəbəsindən yıxılaraq ölüb.

Rubrika.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 2011-ci il təvəllüdlü Qurbanova Nuranə Namiq qızı yaşadığı 41-ci məhəllədə binanın 4-cü mərtəbəsində pəncərəyə çıxıb.

Bu zaman o, yıxılaraq yerə düşüb. Nəticədə ağır xəsarətlər alan azyaşlı yerindəcə ölüb.

Qeyd edək ki, N.Qurbanova 1-ci sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt