Əsas Səhifə > Hadisə > Salyanda piyadanı maşın vurub, digər hadisədə isə sərnişin qadın xəsarət alıb

Salyanda piyadanı maşın vurub, digər hadisədə isə sərnişin qadın xəsarət alıb


3-11-2018, 19:43
Salyanda piyadanı maşın vurub, digər hadisədə isə sərnişin qadın xəsarət alıb

Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən “povorot” adlanan ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rubrika.Az Virtualaz.org-un Şirvan bürosu-na istinaden məlumatına görə, Salyan şəhər sakinin idarə etdiyi 50 DE 458 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirərək, digər Salyan sakininin idarə etdiyi VAZ-2104 markalı avtomaşına çırpılıb. Sonra istiqamətini dəyişən maşın yolun kənarında dayanmış piyada, 1977-ci ildə anadan olmuş Masallı şəhər sakini Kamran Abasqulu oğlu Əliyevi vurub.

Hadisə nəticəsində xəsarət alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Salyanda sərnişinin xəsarət alması ilə nəticələnən daha bi qəza “Noxudlu” yolunda baş verib. Virtualaz.org-un məlumatına görə, VAZ-2106 markalı taksi fəaliyyəti ilə məşğul olan avtomaşın hərəkətdə olarkən, onu arxadan “Mercedes” markalı minik maşını vurub.

Hadisə nəticəsində taksidə olan sərnişin, 40 yaşlı Salyan şəhər sakini Həlimə Səmidxan qızı Məmmədova müxtəlif dərəcəli xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hər iki yol-nəqliyyat hadisəsi ilə əlaqədar araşdırmalara başlanılıb.

Salyanda piyadanı maşın vurub, digər hadisədə isə sərnişin qadın xəsarət alıb
Salyanda piyadanı maşın vurub, digər hadisədə isə sərnişin qadın xəsarət alıb
Salyanda piyadanı maşın vurub, digər hadisədə isə sərnişin qadın xəsarət alıb

Rubrika.Az
Geri qayıt