Əsas Səhifə > Hadisə > Türkiyədə bələdiyyə sədri azərbaycanlı tələbə qızların qonağı olub

Türkiyədə bələdiyyə sədri azərbaycanlı tələbə qızların qonağı olub


3-11-2018, 21:19
Türkiyədə bələdiyyə sədri azərbaycanlı tələbə qızların qonağı olub

Türkiyənin Bursa vilayətinin bələdiyyə sədri Alinur Aktaş Uludağ Universitetində təhsil alan ikisi azərbaycanlı, biri türkiyəli üç qız tələbənin “Twitter” sosial şəbəkəsindən yazdığı çay dəvətini rədd etməyərək həyat yoldaşı ilə birlikdə tələbələrin evinə qonaq olub.

Rubrika.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Uludağ Universitetində təhsil alan azərbaycanlı tələbə Solmaz İsmayılova şəxsi mikrobloqunda bələdiyyə sədri Aktaşı çay içməyə çağırıb: “Hörmətli bələdiyyə sədrim, azərbaycanlı tələbələr olaraq bu axşam sizi, dəmlənmiş Azərbaycan çayı ilə yerli təamları dadmağa tələbə evimizdə qonaq eləmək istəyirik”. Bu dəvəti görən sədr “Oldu, gənclər, gəlirəm, çayı bol dəmləyin” deyə cavab yazıb.

Həyat yoldaşı ilə birlikdə tələbə qızların evinə qonaq olan Aktaş və tələbələr arasında Azərbaycan mətbəxindən mədəniyyət və incəsənət sahələrinə qədər geniş əhatəli söhbət baş tutub. Sədr də öz növbəsində tələbələrə rəsm əsəri hədiyyə edib.

Qonaqlığın fotoşəkillərini də öz mikrobloqunda paylaşan Aktaş “bu axşam sosial şəbəkədən bizləri çaya çağıran ikisi azərbaycanlı, biri qaziantepli (Türkiyənin cənub-şərqində vilayət – red.) Bursamıza oxumağa gəlmiş 3 gəncin evinə həyat yoldaşımla birlikdə qonaq olduq. İşləri ilə fəxr elədik, isti çayları və söhbətləri ilə xoşbəxt olduq. Rəbbim gənclərimizin yolunu, bəxtini açıq eləsin” deyə mesaj yazıb.

Türkiyədə bələdiyyə sədri azərbaycanlı tələbə qızların qonağı olub

Rubrika.Az
Geri qayıt