Əsas Səhifə > Hadisə > Şəkidə sərxoş şəxs su arxına yıxılaraq boğulub

Şəkidə sərxoş şəxs su arxına yıxılaraq boğulub


3-11-2018, 23:07
Şəkidə sərxoş şəxs su arxına yıxılaraq boğulub

Şəkidə su arxından meyit tapılıb. Rubrika.Az Trend-e istinaden məlumatına görə, hadisə şəhərin M.Ə.Rəsulzadə küçəsində baş verib.

Şəki şəhər sakini, 1971-ci il təvəllüdlü Hacımollayev Telman Nurəli oğlunun meyiti həmin küçədəki su arxından aşkar edilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunun apardığı araşdırma zamanı məlum olub ki, T.Hacımollayev noyabrın 1-də gecə saat 22 radələrində evində spirtli içki qəbul edərək evdən çıxıb və həmin küçədə su arxına yıxılaraq boğulub ölüb.

Faktla bağlı araşdırmalar davam edir.

Rubrika.Az
Geri qayıt