Əsas Səhifə > Hadisə > Ermənistanda baş verən yol qəzasında 4 nəfər ölüb
Ermənistanda baş verən yol qəzasında 4 nəfər ölüb6-11-2018, 10:43 |
|
Ermənistanda baş verən yol qəzasında 4 nəfər ölüb. Rubrika.Az “Report”a istinadən xəbər verir ki, hadisə noyabrın 5-dən 6-na keçən gecə paytaxt Yerevanın Noraqavit inzibati ərazi dairəsində qeydə alınıb. Belə ki, Yerasxavan-Yerevan yolu ilə hərəkət edən “Nissan Tiida” markalı avtomobil Dövlət Yol Polisi məntəqəsinin hasarına çırpılıb. Nəticədə avtomobildə olan 3 nəfər hadisə yerində ölüb, ağır yaralanan 1 nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Ölən 3 nəfərin meyiti isə zərbə nəticəsində maşından yola atılıbmış. Həmin meyitlər qəza yerindən bir neçə metr aralıda aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |