Əsas Səhifə > Hadisə > Misirdə niqab yasaqlanır
Misirdə niqab yasaqlanır6-11-2018, 19:40 |
![]() Misir hakimiyyəti ictimai yerlərdə niqabın (üzü tamamilə əhatə edən qara örtük) taxılmasını qadağan etmək istəyir. Rubrika.Az tass.ru-aya istinadən xəbər verir ki, Misir parlamentinin üzvü Kheda Agami bununla müvafiq qanun layihəsinin hazırlandığını bildirib. Parlamentar üzün tamamilə örtmə halının təkrarlancağı halda cərimələrin iki dəfə artırılırmasını, ilk dəfə üçün isə 1000 Misir funtu (56 dollar) nəzərdə tutulmasını təklif edir. Beləliklə, Misirli millət vəkilləri oxşar qanunun bir ay əvvəl qəbul olunduğu Əlcəzair nümunəsini təkrarlamaq niyyətindədirlər. Agaminin sözlərinə görə, Əlcəzair təcrübəsindəki kimi niqabın geyinilməsi Misirin milli kimliyinə ziddir, lakin son zamanlar təhlükəsizlik sahəsində də bu halla bağlı bir çox problem var. Qanun layihəsi Həmkarlar İttifaqı, Qadın İşləri üzrə Milli Şuranın üzvü, jurnalist və publisist Naşv əl-Xofi tərəfindən də dəstəklənib. “Niqab din ilə əlaqədardır və şəxsi azadlığı pozmur, amma cəmiyyətə və milli təhlükəsizliyə ziddir, çünki bu vasitə terrorist və cinayətkarlar tərəfindən öz əməllərini yerinə yetirmək üçün tez-tez istifadə olunur. Niqab geyinmək istəyən evdə otursun və küçəyə çıxmasın” deyib. Qanun layihəsi çərçivəsində ictimai yerlər adı altında xəstəxanalar, təhsil müəssisələri, kinoteatrlar, kitabxanalar, muzeylər, hökumət binaları, hava limanları, ictimai nəqliyyat və uşaq bağçaları nəzərdə tutulur. Rubrika.Az Geri qayıt |